• Üzvlük Ərizəsi

    Üzvlük ərizəsi Azərbaycan dilində və Azərbaycan hərfləri ilə doldurulmalıdır.
  • "Sağlam Düşüncə" Gənclər Təşkilatına qoşulmaq istəyirsiniz? 

    Bunun üçün çox sadə şərtlərimiz var.

    İctimai fəal olun, könüllü fəaliyyətdə maraqlı olun, təşkilatın NİZAMNAMƏSİ, fəaliyyət istiqamətləri (www.csyo-az.org) və aşağıdakı üzvlük qaydaları ilə tanış olduqdan sonra müraciət üçün üzvlük ərizəsini doldurun.

    Üzvlüyə müraciət qaydası və tələblər.

    Yaşı 16-dan yuxarı olan hər bir Azərbaycanlı gənc təşkilata üzv ola bilər. Üzvlüyə namizədlər elektron müraciət formasını doldurduqdan sonra hər həftənin şənbə günü (bayram və əlamətdar günlər istisna olmaqla) təyin olunan ilkin tanışlıq görüşünə dəvət olunurlar. Bu görüş zamanı fəal kommunikasiya üçün onlar üzvlərin email və sosial şəbəkə üzərindən olan daxili qruplarına qoşulur. Üzvlüyə namizədlərə ən azı 3 aylıq, ən çoxu 6 aylıq sınaq müddəti verilir və bu zaman kəsiyində tətbiq olunacaq proqramla tanış olurlar.
    İlin hər rübündə keçirilən müsahibənin qərarı ilə namizədlər üzvlüyə ya qəbul olunur, ya da imtina olunur. Üzvlüyə müsahibədən öncə hazırlanmış qiymətləndirmə formları namizəd və supervayzer tərəfindən doldurulur. Üzvlüyə müsahibə komanda supervayzeri, idarə heyəti, katiblik və nəzarət-təftiş komissiyası nümayəndələrinin (hər birindən azı 1 nəfər olmaqla) iştirakı ilə həyata keçirilir. İlk müsahibədən uğurlu nəticə göstərməyən namizəd növbəti müsahibədə iştirak etmək hüququ var.

    Tamhüquqlu üzvün vəzifələri aşağıdakılardır.

    • Təşkilatın hər bir üzvü onun Nizamnaməsinə, qaydalarına və dəyərlərinə hörmətlə yanaşmalıdır.
    • Üzvlər davamlı kommunikasiya və hesabatlılığı təmin etməli, təşkilatın aylıq və illik keçirilən ümumi iclaslarında və komanda göürüşlərində iştirak etməlidirlər.
    • Üzvlüyə namizədlər sınaq müddəti proqramındakı fəaliyyətlərdə davamiyyətə ciddi yanaşmaqla həftə azı 1 dəfə ofisə gəlməlidirlər.
    • Hər bir üzv qoşulduğu komandanın işində fəallıq göstərməli, tapşırılan və yaxud öhdəsinə götürdüyü işi vaxıntında yerinə yetirməlidir.
    • Üzvlər öz inkişafları üçün komanda daxili və arası bir-biriləri ilə mütəmadi əlaqə saxlamalı, dostluq və işgüzar mühiti qorumalı, o cümlədən təşkilatın işində təşəbbüskarlıq və məsuliyyət göstərməlidirlər.
    • Hər bir üzv təşkilati və ölkəni həm yerli, həm də beynəlxalq layihələrdə ən üst səviyyədə təmsil etməlidir.
    • Üzvlər təşkilat adından yerli və ya beynəlxalq layihələrə müraciət etməzdən öncə İdarə heyəti və Baş Katibi xəbərdar etməli və layihənin detalları barədə məlumat verməlidirlər.
    • Üzvlər İdarə heyətinin müəyyənləşdirdiyi illik üzvlük haqqını təyin olunmuş son tarixə kimi ödəməlidirlər. Sınaq müddətini və müsahibəni uğurla tamamlayaraq qəbul olunmuş yeni üzvlər illik üzvlük haqqını 1 ay ərzində ödəməlidirlər. 

    Qeyd: Üzvlük haqqı üçün ödəniş 1 illik 36 AZN təşkil edir. Üzvlük haqqı sınaq müddəti bitdikdən və müsahibədən keçdikdən sonra ödənilir.

    Tamhüquqlu üzclərin əldə etdiyi hüquqlar.

    • Tam hüquqlu Üzvlər təşkilatın idarəetmə strukturunda vəzifə tuta, seçə və seçilə bilərlər.
    • Bir ildən çox təşkilat təcrübəsi olan üzvlər Sədrliyə, Baş Katibliyə, Nəzarət Təftiş Komissiyasına və Baş mühasibliyə, 9 aydan çox təşkilat təcrübəsi olan üzvlər İdarə Heyətinə, 6 aydan çox təşkilat təcrübəsi olan üzvlər Xəzinədar, İctimaiyyətlə işlər üzrə katib, Üzvlərlə iş üzrə katib vəzifələrinə namizədlik verə bilərlər.
    • Tam hüquqlu Üzvlər təşkilatı beynəlxalq və ya yerli layihələrdə təmsil edə və ya iştirak üçün onun adından müraciət edə bilərlər. İdarə heyəti və Nəzarət Təftiş Komissiyası üzvün müraciət edəcəyi tədbirin təşkilatın maraqlarına zidd olduğunu və ya reputasiyasına ziyan gətirəcəyini düşündüyü təqdirdə icazə verməmək və ya imtina etmək hüququna sahibdir.
    • Tam hüquqlu üzvlər beynəlxalq və ya yerli layihələrə müraciət edərkən təşkilatdan tövsiyə məktubu istəyə bilərlər.
    • Təşkilatın daxili tədbirlərdə iştirak etmək hüququ (yalnız üzvlər üçün nəzərdə tutulan tədbirlər);
    • Tam hüquqlu üzvlər qrant və ya tender proqramlarına icazə almaq şərtiylə təşkilatın adından beynəlxalq və ya yerli layihə təşəbbüsləri ilə çıxış edə bilərlər.
    • Üzvlər təşkilatın daxili elektron şəbəkələrinə qoşula, oradan mütamadi olaraq yeni məlumatlar və xəbərlər ala bilərlər.
    • Sınaq müddətində olan üzvlər işləyəcəkləri komandaları seçə və ya istədikləri vaxt başqa komandalara keçə bilərlər.

    Üzvlüyə xitam verilməsi Üzvün Təşkilatda üzvlüyünə nə zaman xitam verilə bilər:

    • Üzvün öz istəyi ilə;
    • Göstərilən son ödəmə tarixinədək üzvlük haqqını ödəmədikdə;
    • Təşkilatın Nizamnaməsinə zidd hər hansı bir davranış etdikdə;
    • Təşkilatın üzvlər üçün təyin etdiyi vəzifələri yerinə yetirmədikdə;
    • Təşkilatın daxili nizam-intizam qaydalarını ciddi şəkildə pozduqda; Bu halda üzvlük haqqı geri ödənilmir.

    Online müraciət - Təşkilata üzvlüyə ilk addım olaraq elektron ərizə formasını doldurmaq

    Sınaq müddəti - Təşkilatın komanda işlərində və təlimlərində fəal olaraq iştirak etmək

    Müsahibə - Sədr və idarə heyətinin iştirakı ilə üzvlüyə namizədin fəaliyyətinin qiymətləndirilməsi

    Tam hüquqlu üzv - Müsahibə mərhələsindən uğurla keçən namizədə tam hüquqlu üzv statusunun verilməsi  

  •  -  - Pick a Date
  • 0/200

  • 0/200
  • 0/200
  • 0/200
  • 0/200
  • Should be Empty:
Jotform Logo
Now create your own JotForm - It's free! Create your own JotForm